Azərbaycanda torpaqların tullantılarla çirkləndirilməsinə nəzarət sərtləşdirilir

Cəmiyyət


Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.

“resmixeber.az” xəbər verir ki, bu, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Əgər hazırda torpaqların yalnız istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulursa, təklif olunan dəyişikliklə bütün növ tullantılarla çirkləndirməyə, o cümlədən kimyəvi, çirkab suları ilə çirkləndirməyə, bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurmaya görə fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 7 500-10 000 manat cərimə ödəməli olacaqlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir