“Azərbaycanda qadın vəkillərin azlığı bizi narahat edir”.
“resmixeber.az” xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təhlillər qonşu ölkələrdə bu problemin mövcud olmadığını göstərir:
“Onlarda qadın və kişi vəkillərin sayı bərabərdir. 2018-ci ildə ölkədə qadın vəkillərin sayı 15 faiz idisə, son illərdə 20 faizə yaxındır. Hazırda Azərbaycanda 400 nəfərə yaxın qadın vəkil fəaliyyət göstərir. Ümumilikdə bu say müsbət dinamika ilə artır”.
www.RESMIXEBER.az