Azərbaycan XİN: “Makronun beştərəfli görüş barədə açıqlaması tərəflərin mövqeyini əks etdirmir”

Siyasət


“Məlum olduğu kimi, Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanat barədə yerli mətbuatın sualına cavabında bildirib.

“Daha sonra Fransa prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir.

Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, – XİN rəsmisi qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir