Anar Kərimov: “Son beş ildə dörd sosial islahat paketi icra olunub” – FOTO/VİDEO

Siyasət


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır. Dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub”.

resmixeber.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov keçirdiyi mətbuat konfransda bildirib.

“4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqıda 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqıda 65 faiz, median əməkhaqqıda 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində  2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunub və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb” – deyə nazir müavini qeyd edib.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir