Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunvericilik dövrü başlayıb.
MHP sədri Dövlət Bağçalının sədrliyi ilə keçirilən ilk iclasda deputatlar növbə ilə and içiblər. Şənbə günü isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək.
TBMM-nin ilk iclasında Prezident Ərdoğan da iştirak edib.
Rəsmi mərasimlə qarşılanan prezident andiçmə mərasiminin bir hissəsini onun üçün ayrılan lojadan izləyib.
15:18
28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk iclası başlayıb.
Toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sədrlik edir.
TBMM-in keçmiş sədri Mustafa Şəntop səlahiyyətlərini Dövlət Bağçalıya təhvil verib.
Yeni spiker seçilənədək qanunverici orqana Dövlət Bağçalı rəhbərlik edəcək.
www.RESMIXEBER.az