Britaniyanın ticarət elçisi: “Azərbaycanın dənizdə külək enerjisi ilə bağlı böyük potensialı var”

Dünya


“30 ildir ki, Böyük Britaniya ilə Azərbaycan arasında olduqca güclü tərəfdaşlıq qurulub. Bu tərəfdaşlıq iqtisadiyyatın bütün sahələrini əhatə etməkdədir, ən birinci yerdə isə neft-qaz sektoru gəlir. Britaniya, həmişə olduğu kimi, bu illər ərzində də Azərbaycanda yaşıl enerji sahəsində ön sahədədir. Bu, bizi çox sevindirir”.

resmixeber.az xəbər verir ki, bunu “28-ci Bakı Enerji Forumu”nda Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson bildirib. Onun sözlərinə görə, bunlar bp və digər şirkətlərlə tərəfdaşlıq çərçivəsində həyata keçirilməkdədir.

“Azərbaycanda dənizdə külək enerjisinin böyük potensialı var. Düşünürük ki, bu cür layihələr həyati əhəmiyyət daşıyır. Bu, Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmaq baxımından, daha təmiz enerjini təmin etmək baxımından çox gözəl missiyadır. Britaniyanın dənizdə külək enerjisi ilə bağlı təcrübəsini sizinlə paylaşmağa hazırıq”, – deyə baronessa vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir