Sosial şəbəkələrdə Rusiyanın Ukraynaya gecə hücumunun faciəsini əks etdirən görüntü yayılıb. Kadrlar Kiyevdə yerli fotoqraf Serqey Okunev tərəfindən çəkilib.
Fotoda paytaxta raket hücumlarının doqquz yaşlı qurbanının meyitinin yanında beli bükülmüş vəziyyətdə oturan babası əks olunub.
Müəllifin sözlərinə görə, kişi saatlarla nəvəsinin meyitinin yanından ayrılmayıb.
“Qızcığaz, demək olar ki, bütün həyatını Rusiyanın Ukraynaya təcavüzü şəraitində yaşayıb. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür…” – deyə Okunev fotonu şərh edib.
Цей чоловік спочатку кілька годин сидів навпочіпки, потім йому знайшли стілець. Під шаром фольги – тіло його дев’ятирічної онучки, яку вбила російська ракета
Дівчинка майже все життя прожила за умов російської агресії проти України
1 червня – Міжнародний день захисту дітей pic.twitter.com/XlWy8F47UB
— Сергей Окунев🇺🇦 (@Okunev64) June 1, 2023
www.RESMIXEBER.az