“Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirir”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edərkən deyib.
ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkələrimizin genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.
www.RESMIXEBER.az