Güney Azərbaycanda 14 nəfər “İsrailə casusluq” ittihamı ilə həbs edildi – FOTO

Dünya


Qərbi Azərbaycan əyalətində 14 nəfər “İsrailin xeyrinə casusluq” ittihamı ilə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.  

Bununla bağlı Qərbi Azərbaycan əyaləti məhkəməsinin təhlükəsizlik və kəşfiyyat mərkəzinin sədri Əli Abdullahi açıqlama verib.

“Bəzi şəxsləri izləyib onlara qarşı sui-qəsd planlaşdıran İsraillə əlaqəli 14 terrorçu saxlanılıb”, – deyə Abdullahi iddia edib.

Saxlanılanların kimliyi və hadisənin detalları barədə açıqlama verilməyib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir