Mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan verilən məlumata görə, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda qəsdən adamöldürmə faktı üzrə cinayət işi başlanıb.
İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
20:38
Şərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, mayın 31-də saat 19:30 radələrində Naxçıvan MR Şərur rayon Püsyan kəndində kənd sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci iı təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.
www.RESMIXEBER.az