Bakıda qayda pozan DYP əməkdaşının izahatı alınıb – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi polis əməkdaşının xidməti avtomobili ilə hərəkətdə olan zaman kobud qayda pozuntusuna ilə bağlı açıqlama verib. 

Qurumdan resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qayda pozuntusu edən əməkdaşın izahatı alınıb, xəbərdarlıq edilib. 

Qeyd edək ki, həmin şəxs avtomobili dönmə işığından istifadə etməyib və qoşa xətti (1.3 nişanlama xətti) tapdalayıb. O, 4 bal və 100 manat məbləğində cərimə olunmalıdır.

11:21

Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə hərəkətdə olan zaman kobud qayda pozuntusuna yol verib.

resmixeber.az xəbər verir ki, qayda pozuntusu kənar dairəvi yolda qeydə alınıb.

Digər avtomobillərin təhlükəsizlik kameralarına əks olunan görüntülərdən aydın olur ki, yol polisi avtomobili dönmə işığından istifadə etməyib və qoşa xətti (1.3 nişanlama xətti) tapdalayıb.

Polis kobud qayda pozuntusuna yol verərək, qadağan olunan hissədən yolun sol tərəfinə keçməklə hərəkətdə olan digər maşınlara təhlükə törədib.  

Qeyd edək ki, hadisə ötən gün 18:40 radələrində qeydə alınıb.

Sözügedən qayda pozuntusunun görüntülərini təqdim edirik:

 

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir