Türkiyəli nazir: “Ölkənin cənub-şərqində yüksəkkeyfiyyətli neft aşkar etmişik”

Dünya


Türkiyə Qara dənizin cənub-şərq şelfinin hesabına neft və qaz kəşfiyyatı sahələrini genişləndirmək niyyətindədir.

Bu açıqlama ilə Türkiyənin energetika naziri Fatih Dönməz çıxış edib.

“2023-cü ilin sonuna qədər həm Ordu vilayətinin şelfində, həm də Rizədəki şelfdə kəşfiyyat qazma işləri aparacağıq. Ordudan təbii qaz, Rizədən isə neft tapacağımızı ehtimal edirik”, – deyə türkiyəli nazir bildirib.

Məlumat üçün bildirək ki, hər iki vilayət Türkiyənin şimal-şərqində, Qara dəniz sahilində yerləşir.

Bundan əlavə Dönməz Türkiyənin cənub-şərqində tapılan neftin yüksəkkeyfiyyətli olduğunu bildirib.

Fatih Dönməz, həmçinin Esma-Çevik yatağından çıxarılan neftin “Brent” neftinə bənzəyən son dərəcə yüksək keyfiyyətə malik maye olduğunu vurğulayıb. 

“Keçən il orada gündəlik hasilatımız 80 min barelə bərabər idi və biz onu hazırda 100 min barelə çatdırmağı düşünürük”, – deyə Fatih Dönməz əlavə edib. 

Fatih Dönməz, həmçinin əlavə edib ki, qısa müddətdə onlarla yeni quyunun açılması və ümumi neft hasilatının sutkada 200 min barelə çatdırılması planlaşdırılır ki, bu da daxili istehlakın 22 faizini əhatə edəcək.

Bununla belə, F.Dönməz etiraf edib ki, dağlıq ərazilərdə qazma işləri aparmaq kifayət qədər çətindir və bunun üçün bahalı texnika və infrastrukturun hazırlanması tələb olunur.

Mənbə: Star

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir