Fransada qısamüddətli daxili uçuşlar qadağan edilir

Dünya


Fransa təəccüblü bir qərara imza atıb.

Ölkədə 2,5 saatdan az müddət davam edən daxili uçuşlar qadağan edilib.

Bu addım istixana qazı emissiyalarının (tullantılarının) azaldılması siyasəti çərçivəsində atılıb.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, Fransada qatar alternativi olan 2,5 saatdan az müddətli daxili uçuşlar qadağan edilib.

Müvafiq qadağa 3 il müddətində qüvvədə olacaq.

Fransa nəqliyyat naziri Klement Beaune verdiyi yazılı açıqlamada bildirib ki, sözügedən qərarla Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşlara qadağa tətbiq edilib.

Beaune qeyd edib ki, bu qərar istixana qazı emissiyalarının azaldılması siyasəti məqsədilə atılan əsas addımdır.

Nazir bu addımın dünyada bir ilk olduğunu vurğulayıb. Həmçinin bunun hökuməti daha az istixana qazı buraxan nəqliyyat növlərinin istehsalına təşviq etmək siyasəti ilə də üst-üstə düşdüyünü nəzərə çatdırılıb.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir