Məktəblilər faciəli şəkildə həlak oldular: Qayanada üçgünlük matəm elan edildi – FOTO

Dünya


Cənubi Amerika dövləti olan Qayanada məktəb yataqxanasında baş verən yanğında 19 uşaq həyatını itirib.

Ölkə Prezidenti Məhəmməd İrfaan Əli üçgünlük matəm elan edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Xahiş edirəm ki, biz xalq olaraq növbəti üç günü bu uşaqlar, onların yaxınları və ictimaiyyət üçün dualara həsr edək”, – deyə ölkə başçısı söyləyib.

Madiya şəhərinin orta məktəbinin yataqxanasında yanğın gecə saatlarında baş verib. Rəsmi məlumatlara görə, 18 qız və bir oğlan faciənin qurbanı olub. İlkin ehtimala görə, yanğına səbəb alışma olub. Hadisənin törədilməsində məsul olan şəxslər tapılmayıblar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir