“Taliban” öz nümayəndələrinin BMT-nin Əfqanıstanla bağlı keçirilən iclaslara buraxılmasını tələb edib.
Bu sözləri “Taliban” hökumətinin daxili işlər naziri Sirəcəddin Həqqani Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının rəhbəri Roza Otunbayeva ilə görüşdə deyib.
S.Həqqani bildirib ki, Əfqanıstandakı vəziyyətə görə onu idarə edən qüvvə məsuliyyət daşıyır və “Taliban”ı danışıqlardan kənarda saxlamaq absurddur.
Tərəflər həmçinin Əfqanıstandakı təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Mənbə: Sputnik Əfqanıstan
www.RESMIXEBER.az