ABŞ-nin Nyu-York şəhərində Türkiyə Baş Konsulluğunun yerləşdiyi binada “Türk Evi”nə hücum edilib.
Binanın hər bölməsində şüşələr sındırılıb. Türkiyədə prezident seçkisi üçün səsvermə məhz bu binada keçirilir.
Qeyd edək ki, ABŞ-də yaşayan Türkiyə vətəndaşları seçkinin ikinci turunda səsvermələrini mayın 24-də başa vuracaqlar.
“Türk Evi” ətrafında təhlükəsizlik zolağı çəkən Nyu-York polisi hadisə ilə bağlı araşdırma başladıb.
Mənbə: Sabah
www.RESMIXEBER.az