Şəmkirdə avtomobil aşıb, yaralananlar var

Cəmiyyət


Şəmkir rayon Çənlibel kəndində avtomobilin aşması nəticəsində sürücü və sərnişini yaralanıblar.

“resmixeber.az”un məlumatına görə, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 2003-cü il təvəllüdlü M.Əhmədov və həmyaşıdı S.Bayramov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə daha bir sərnişin də olub. Həmin şəxs qəzada xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir