Oğuzda iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Cəmiyyət


Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Xalxal kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Vahid oğlu Şirinovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yol kənarında dayanan “Chevrolet Niva” markalı avtomobillə toqquşub.

Qəza zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü Şahin Şirinov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir