“Greenpeace” Rusiyanı tərk edir

Dünya


“Greenpeace” ətraf mühit təşkilatının Rusiya bölməsi beynəlxalq fondu arzuolunmaz qurum kimi tanımaq qərarı ilə əlaqədar bağlandığını elan edib.

“Bu qərar Rusiyada “Greenpeace”in hər hansı fəaliyyətini davam etdirməyi qanunsuz edir”, – təşkilatın bəyanatında deyilir.

“Greenpeace”in mətbuat xidməti Rusiya Baş Prokurorluğunun bu qərarı ilə qəti şəkildə razılaşmadığını vurğulayıb və qeyd edib ki, Rusiyada ekoloji təşkilatın ləğvi absurd və ölkənin maraqlarının müdafiəsi ilə heç bir əlaqəsi olmayan məsuliyyətsiz addımdır.

“Biz öz işimizlə təbiət üçün dağıdıcı planların həyata keçirilməsinin qarşısını almağa çalışdıq və bir çox hallarda bunu uğurla həyata keçirdik”, – təşkilatdan bildirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir