“Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər fəaliyyət göstərirlər”.
“resmixeber.az” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.
O bildirib ki, həmin şəxslərin fəaliyyəti prosesə nəinki yardım edir, hətta mane olur:
“Böyük müəssisələrin tərkibində bu fəaliyyətlə məşğul olan şəxslər olmalıdır”.
www.RESMIXEBER.az