Moldova MDB ilə on sazişdən imtina edəcək

Dünya


Moldova Daxili İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyi (MDB) ilə on “uyğun olmayan” sazişdən imtina etməyi planlaşdırır.

Bu barədə nazirliyin rəhbəri Anna Revenko bildirib.

“Müqavilərlədən onunun kifayət qədər yersiz olduğunu bildirdik, ona görə də denonsasiya proseduruna başladıq”, – deyə o, bəyan edib.

Revenkonun sözlərinə görə, məsələ ilə bağlı audit yoxlaması aparılıb və onun nəticələri göstərib ki, Daxili İşlər Nazirliyinin MDB ölkələri ilə 32 əməkdaşlıq müqaviləsi var.

Nazir dəqiqləşdirib ki, keyfiyyət təhlilindən sonra hakimiyyət bu sənədlərin perspektivlərini və risklərini nəzərə alaraq onları denonsasiya etmək qərarına gəlib. O əlavə edib ki, sazişlər sərhəd xidmətlərinin işi və fövqəladə halların həlli ilə bağlıdır.

Mənbə: lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir