Şabranda “KamAZ” işçinin üzərindən keçib

Kriminal


Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.

“resmixeber.az”un Şimal bürosunun məlumatına görə, “KamAZ” markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.

Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir