Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov yenidən Ali Məhkəməyə müraciət edib.
resmixeber.az xəbər verir ki, Zakir Sultanov kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Zakir Sultanov bir neçə ay əvvəl də kassasiya şikayəti verib, lakin sonradan əlavə düzəlişlər edilməsi üçün şikayətini geri götürüb.
Onun cəza müddətinin başa çatmasına 2 il 6 ay qalıb.
Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyytlərindən sui-istifadə )maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.
Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.
www.RESMIXEBER.az