Braziliyalı MMA döyüşçüsü polislə atışmadan sonra ölüb

Dünya


Braziliyalı MMA döyüşçüsü Mauro Şole ölüb.

Hadisə Porto Aleqri şəhərində baş verib. Şole xidmətdə olmayan polis əməkdaşı ilə mübahisə edib və asayiş keşikçisini qasıq nahiyəsindən güllələyib.

MMA döyüşçüsü daha sonra köməyə gələn digər polis əməkdaşlarına atəş açıb. O, özü də kürəyindən yaralanıb. Buna baxmayaraq Şole maşını başqa küçəyə sürüb və orada digər avtomobilə çırpılıb.

İdmançı hadisə yerində vəfat edib. Onun sevgilisinin də xəsarət aldığı bildirilir.

Mənbə: Marca

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir