Azərbaycanın Quru Qoşunları komandanı türkiyəli nümayəndə heyəti ilə görüşüb – FOTO

Dünya


Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General-leytenant Ə.Əfəndiyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Nazir müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

Görüşdə qardaş ölkə ilə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara Quru Qoşunları Komandanlığının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.

Sonda Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn türkiyəli nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir