Azərbaycan taekvondoçuları Avropa Multioyunlarında daha üç medal qazanıblar

Dünya


Azərbaycanın yeniyetmə taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Multioyunlarında daha üç medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışın ikinci günü dayanq üzərinə çıxan idmançılardan İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələniblər. Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb.

Azərbaycan yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü olub.

Beləliklə, milli komanda Avropa Multioyunlarını altı medalla bitirib. Yarışın ilk günü Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü yeri tutublar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir