FHN: Ötən sutka ərzində 26 yanğına çıxış olub, beş nəfər xilas edilib – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 26 yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı üçü azyaşlı olmaqla beş nəfər xilas edilib. Bakının Yasamal rayonunda bağlı qapı arxasında aşkar edilən bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində baş verən yanğın hadisəsi zamanı yanan avtomobildə aşkarlanan bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir