Amerikalı hüquq müdafiəçiləri Bayden administrasiyasına qarşı iddia qaldırıblar

Dünya


Mayın 11-dən ABŞ sərhədlərini qanunsuz keçən miqrantlar sığınacaq ala bilməyəcəklər.

ABŞ-nin Vətəndaş Azadlıqları Birliyi (ACLU) miqrantlara sığınacaq verilməsini məhdudlaşdıran tədbirlərə görə ölkə Prezidenti Co Bayden administrasiyasına qarşı federal məhkəmə iddiası qaldırıb. Bu barədə hüquq müdafiə təşkilatının saytında məlumat verilib.

ACLU xatırladıb ki, Bayden seçki kampaniyası zamanı sığınacaq sistemini bərpa edəcəyinə söz verib. Lakin nəticədə keçmiş Prezident Donald Trampın qoyduğu məhdudiyyətlər Bayden dövründə ikiqat artırılıb.

Hüquq müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Birləşmiş Ştatlarda sığınacaq istəmək insanın ölkəyə hansı yolla girməsindən asılı olmayaraq qanunla qorunan yoldur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir