BMT: “Sudandakı münaqişələrə görə 200 min insan ölkəni tərk edib”

Dünya


Aprelin 15-dən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmalar səbəbindən təxminən 200 min insan ölkəni tərk edib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Olqa Sarrado açıqlayıb.

Onun sözlərinə görə, hər gün daha çox insan təhlükəsizlik axtarışında sərhədi keçir.

Bir çox insan əsas ehtiyaclarını ödəyə bilmədiyi üçün evlərinə qapanıb.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini açıqlayıb.

Mənbə: Anadolu

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir