Azərbaycan KİV nümayəndələri: “Ukraynada Azərbaycanla bağlı məlumatlandırmanı yaxşılaşdırmaq lazımdır” – FOTO

Dünya


Azərbaycan Ukraynadakı hadisələrdən daha çox məlumatlıdır, nəinki əksinə və bu vəziyyəti dəyişmək yaxşı olardı.

“resmixeber.az” xəbər verir ki, “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar şəraitində strateji tərəfdaşlıq” adlı dəyirmi masada Azərbaycandan olan məruzəçilər – “Global Media Group”un (GMG) Media direktoru Həmid Həmidov və “resmixeber.az” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevin əsas ismarışı bu olub.

“Bizi daha çox Ukraynada baş verənlər maraqlandırır, Ukraynadakı hadisələrdən daha çox məlumatımız var”, – H.Həmidov bildirib.

O əlavə edib ki, praktiki olaraq hər bir orta statistik Azərbaycan vətəndaşı hazırda Ukraynada hərbi əməliyyatlar teatrının harada olduğunu, Baxmut şəhərinin harada yerləşdiyini, Ukrayna ərazisinin hansı hissəsinin Rusiya tərəfindən işğal olunduğunu və s. söyləyə bilər: “Amma Ukraynada Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən münaqişə ilə bağlı məlumatlılıq çox deyil və bu mənada ukraynalıların ölkəmizə böyük marağı yoxdur. Doğrudur, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı vəziyyət bir qədər dəyişib. Bilirəm ki, Ukraynada bu müharibənin təcrübəsi diqqətlə öyrənilib”.

“Global Media Group”un Media direktoru bunun da kifayət etmədiyini vurğulayıb: “Ukrayna mediasının Cənubi Qafqazda cərəyan edən hadisələrə daha çox diqqət yetirməsini istərdim. Ortaq cəhətlərimiz çoxdur. Odur ki, bir-birimizi daha yaxşı tanımalıyıq”.

“resmixeber.az” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev isə qeyd edib ki, onun rəhbərlik etdiyi agentlik 2021-ci ildə Ukraynanın böyük informasiya agentliyi – UNIAN ilə əməkdaşlıq müqaviləsi imzalayıb: “Nəticədə UNIAN vasitəsilə Ukrayna mətbuatında Azərbaycanla bağlı xəbərlər yayılır. Lakin Həmid Həmidovun fikirləri ilə razıyam. Ukraynada Azərbaycan haqqında məlumat son dərəcə azdır”.

“Nəticədə bu il Azərbaycana səfər edən ukraynalı jurnalistlər bir tərəfdən paytaxt Bakıya heyran qalır, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərdəki dağıntıları görən zaman çox məyus olurdular”, – F.Hüseynəliyev vurğulayıb.

Onun sözlərinə görə, bu səfər mövcud vakuumu müəyyən qədər doldurmağa imkan verib: “Belə ki, Ukrayna KİV-lərində Azərbaycanla bağlı daha çox materiallar yayılmağa, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri anlamaq və çatdırmaq cəhdləri yer almağa başlayıb”.

“Yaxşı olardı ki, məlumatlar Rusiya KİV-ləri vasitəsilə deyil – onlar təhrif oluna və Ermənistan tərəfinin mövqeyinə əsaslanılaraq verilə bilər – ilkin mənbələrə, yəni Azərbaycan mediasına və ekspertlərinə istinadən verilsin. Azərbaycan mediası Ukraynada baş verən hadisələrlə bağlı etibarlı məlumat almaq üçün bu ölkənin mətbuatına nəzər yetirir. Azərbaycan cəmiyyətinin əksəriyyəti Ukraynanı dəstəkləyir, onun qələbə qazanmasını və ərazi bütövlüyünün bərpasını arzulayır”, – F.Hüseynəliyev qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir