Göyçayda avtoxuliqanlıq edən sürücü inzibati həbs olunub – VİDEO

Cəmiyyət


Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayon sakini Emil Məlikov idarə etdiyi VAZ-2170 (Priora) markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb. 

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, tərtib olunmuş protokol baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Emil Məlikovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla o, 20 sutka inzibati həbs olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir