İllərdir yataq xəstəsi olan meyxanaçının yaxınları: “Günü-gündən arxaya gedir” – AÇIQLAMA + FOTO

Cəmiyyət


Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.

Bu barədə resmixeber.az-a meyxana ustadının ailə yaxınlarından məlumat verilib.

Meyxanaçının səhhətində heç bir irəliləyişin olmadığı bildirilib:

“İllərdir ki, yataq xəstəsidir. İrəliləyiş yoxdur. Günü-gündən arxaya gedir. Beyin, insult – həkimlərin bacarmadığı xəstəlikdir. Onlar da əllərindən gələni ediblər. İndi də müalicə davam edir. Vəziyyəti stabildir”.

Meyxana ustadı Ağakərimin bəzən kimsəni tanımadığı əlavə edilib:

“Beyindir. Bizi bəzən tanıyır, bəzən də yox. Tanıyanda xeyli söhbət edir. Bir də görürsən ki, ümumiyyətlə, danışmır. Onun ayaqları tutulub. Ümumiyyətlə, gəzə bilmir”.

Sənət yoldaşı Ağamirzə Məmmədov meyxana ustadı Ağakərimin ağrılar içində olduğunu söyləyib:

“May ayının 1-də ad günü idi. Yanına ziyarətə getmişdik. Ağrılar içində idi. Sadəcə bizi izləyirdi. Heç nə danışmadı. O, illərdir ki, xəstəliklə mübarizə aparır”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir