Gənc qız ağır xəstəlikdən əziyyət çəkir, ailəsi kömək diləyir – FOTO

Cəmiyyət


20 yaşlı Aytac Əliyeva qan xərçəngindən əziyyət çəkir, müalicəsi üçün Türkiyəyə aparılmalıdır.

Bu barədə resmixeber.az-a onun anası Nuriyə Məsiyeva məlumat verib.

“Qızım Bakıda 2 nömrəli tibb kollecində oxuyur, sonuncu kursdadır. Bir müddət əvvəl sinəsindən şiş qalxdı. Xərçəngin heç bir əlaməti yox idi. Amma narahat olduğumuz üçün müayinə etdirdik. Milli Onkologiya Mərkəzində həkim şişdən şübhələndi, analiz verdirdi, analizlərdən sonra xərçəng olduğunu öyrəndik. Birdən səhv olar deyə başqa bir klinikaya da getdik. Oradakı MRT və biopsiya nəticəsində də qan xərçəngi diaqnozu qoyuldu.

Biz analizin cavablarını İngiltərədə tanış bir həkimə də göndərdik. O da bizə bildirdi ki, ağır xəstəlikdir, əvvəlcə dərman terapiyası olunmalıdır, əgər nəticə verməsə, ilik köçürməsi həyata keçirilməlidir. Həmin həkim dedi ki, bunun yaxşı müalicəsi bir Ankarada “Gülhanə”də, bir də İsraildə aparılır. Bakıdakı həkimi Fərid doktor da “Gülhanə”ni məsləhət gördü, oradakı müəllimləri ilə bizi əlaqələndirdi, indi müalicə üçün Ankaraya getməliyik, Fərid doktor da bizimlə gedəcək. Əlimizdə 2-3 min manat var idi, onları da analizlərə xərclədik,  bir də mayın 15-i üçün təyyarə bileti aldıq, müalicə xərclərini qarşılamağa gücümüz yoxdur. Hazırda müalicənin ilkin mərhələsi üçün 10 000 dollara ehtiyacımız var. İmkanı olan şəxslərdən kömək olmalarını xahiş edirik”.

Qeyd edək ki, Aytac müalicənin birinci mərhələsinə cavab verməsə ilik köçürməsi əməliyyatı olunmalıdır. Əməliyyatın məbləği isə 100 000 dollardır. 

Kart hesabı: 4169 7385 5775 1298

Ailə ilə əlaqə: 070 808 43 44

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir