İstirahətə gedən iki dost arasında dava düşdü, biri yaralandı

Cəmiyyət


İsmayıllı rayonunda bıçaqlanma olub.

resmixeber.az-ın məlumatına görə Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1975-ci il təvəllüdlü Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib.

Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Uzun illərdir aralarında dostluq münasibətləri olan şəxslər İsmayıllı rayonuna istirahət məqsədilə gəliblər.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub:

“C.Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir