FHN: Ötən sutka ərzində 18 yanğına çıxış olub – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 18 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 11 nəfər xilas edilib, Bakı şəhərinin Nəsimi rayonunda “VAZ” markalı minik avtomobilində baş verən yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir