Gömrük Komitəsinin sabiq vəzifəli şəxsinin rüşvəti necə aldığı məlum olub

Kriminal


Rüşvət almaqda təqsirləndirilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşı Cavid Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, o, dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət alıb.

Aparılan istintaq zamanı müəyyən olunub ki, C.Məmmədov 2017-ci ildə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilib, 2020-ci ildə isə Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru vəzifəsinə təhkim olunub.

Belə ki, o, həmin vəzifədə işləyərkən 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Azərbaycanın Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şəriflinin idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə həmin şəxsdən 40 manat məbləğində pulu rüşvət qismində alaraq onu buraxıb.

Bundan başqa, C.Məmmədov həmin vəzifədə işləyərkən, İlham Əsgərovdan 11 min 500 ABŞ dolları pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirtməyə köməklik göstərdiyi üçün 600 manat pul alıb.

C.Məmmədov təkrarən İ.Əsgərovun ümumilikdə 11 min 500 ABŞ dolları məbləğini ölkə kənarından keçirməsinə göz yumaraq ondan 400 manat rüşvət alıb.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. C.Məmmədova Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir