Şəmkirdə oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar – FOTO/VİDEO

Cəmiyyət


Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən, avara və dilənçiliklə məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakinləri Mahmud Nadirov, Nəriman Nadirov, Ofelya Nadirova və Südabə Əliyeva inşaat mağazasında satıcının diqqətini yayındırmaqla elektrik naqillərini oğurlayıblar. Hazırda M.Nadirov və S.Əliyevanın yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində Şəmkir və Ağstafa rayonlarında vətəndaşlardan pul xırdalamaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Arzu Puşkaryov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir