Qaz və elektrikin bahalaşmasına görə Avropada minlərlə insan soyuqdan ölüb

Dünya


Təxminən 68 min avropalı ötən qış elektrik enerjisinə qənaət etdiyi və ya elektrik enerjisinə görə pul ödəyə bilmədiyi üçün soyuqdan həlak olub.

Bu açıqlama ilə Britaniyanın “The Economist” jurnalı öz hesablamalarına əsaslanaraq çıxış edib.

Nəşrin məlumatına görə, ötən qış Avropada elektrik enerjisi və məişət istifadəsi üçün qazın qiymətləri əvvəlki iki illə müqayisədə 69% və 145% baha olub. Nəticədə, Avropa ölkələrinin səlahiyyətliləri öz vətəndaşlarını enerji istehlakını azaltmağa çağırıblar. Lakin soyuq otaqlarda yaşamaq ürək və tənəffüs xəstəlikləri riskinin artmasına səbəb olub.

Jurnal aydınlaşdırıb ki, ötən qışda əvvəlki qış fəsilləri ilə müqayisədə ölüm hallarını hesablamaq üçün artıq ölüm göstəricilərindən istifadə edilib. Faktiki ölümlər koronavirus pandemiyasının başlanmasından əvvəl 2015 və 2019-cu illər arasında ölüm göstəriciləri əsasında gözlənilən ölümlərin sayı ilə müqayisə olunub. Nəşrin vurğuladığı kimi, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına qədər sorğunun keçirildiyi 28 Avropa ölkəsində (Kipr və Malta istisna olmaqla, bütün Aİ-yə üzv dövlətlər, üstəlik Böyük Britaniya, Norveç və İsveçrə) 149 mindən artıq ölüm qeydə alınıb ki, bu da orta göstəricinin 7,8% artımı deməkdir.

Bununla əlaqədar olaraq, nəşr “yüksək elektrik qiymətlərinin, çox güman ki, Avropada ölüm nisbətinə təsir göstərə biləcəyini” qeyd edib.

Hesablamalar göstərir ki, ən çox ölüm halları elektrik enerjisi qiymətlərində ən yüksək artım müşahidə olunan ölkələrdə, ilk növbədə Almaniya və Böyük Britaniyada müşahidə olunub.

Nəşrin məlumatına görə, hər kilovat-saat üçün təxminən 0,1 avro qiymət artımı həftəlik ölüm hallarının təxminən 2,2% artmasına səbəb olub. Nəşrin fikrincə, ötən qışda elektrik enerjisi 2020-ci ildəki qiymətə olsaydı, Avropada 68 min ölüm hadisəsi baş verməyə bilərdi.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir