Bakıda ana qızından, nənə nəvəsindən imtina edib

Cəmiyyət


Bakıda 68 yaşlı qadın qeyri-rəsmi övladlığa götürdüyü qızdan imtina edib.

Bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.

“Qadın 68 yaşındadır. Bildirib ki, qız 14 yaşındadır. Həmin qızı qeyri-rəsmi övladlığa götürüb. Bu günə qədər uşağa hələ də vəsiqə almayıb”, – deyə o qeyd edib.

K.Ağazadə qeyd edib ki, övladdan imtina ilə bağlı daha bir müraciət var:

“Bir qadın bizə müraciət edərək bildirib ki, iki yaşlı nəvəsini özü baxa bilmədiyindən sığınacağa təhvil vermək istəyir. Hər iki məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə istiqamətləndirdim. Hazırda işlə bağlı araşdırma gedir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir