“Bizdə defolt olsa, bütün dünyanın başı dərdə girəcək”.
Bu sözləri ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda qatıldığı bir proqramda çıxışında deyib.
Bayden bütün dünyanı təhdid edib və defolt olacağı, öhdəliklərini yerinə yetirə bilməyəcəkləri təqdirdə dünyanın da problemlərlə üzləşəcəyini qeyd edib.
Amerika lideri bu çıxışından sonra səhnəni tərk etmək istəyib, lakin yolunu azıb və hansı istiqamətə gedəcəyini bilməyib. Baydenə köməkçilərdən biri doğru çıxışı göstərib.
Bu videogörüntülər “PBS NewsHour” “YouTube” kanalı tərəfindən yayımlanıb. Videoda Ağ Ev sahibinin tamaşaçılarla necə vidalaşdığı, arxaya döndüyü, lakin çıxış yolu tapa bilmədiyi əks olunub.
Mənbə: News.ru
www.RESMIXEBER.az