Arvadını öldürən hakimlə bağlı qərar dəyişmədi

Cəmiyyət


Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əhmədovun cəzasının azaldılması ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti üzrə yekun məhkəmə aktı çıxarılıb. Hakimlər onun 7 illik azadlıqdan məhrumetmə müddətini dəyişdirmədən saxlayıblar.

Xatırladaq ki, Fəqan Əhmədov 2021-ci ci ilin mayında Nardarandakı bağ evində ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb. O, məhkəmədə hadisəni bilərəkdən yox, ehtiyatsızlıqdan törətdiyini bildirib. P.Əhmədovanın valideynləri məhkəmə proseslərində Fəqan Əhmədovu bağışladıqlarını deyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsi keçmiş hakimə 10 il azadlıqdan məhrumetmə cəzası verib, Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə endirib.

F.Əhmədov hadisəni törədərkən Sabunçu Rayon Məhkəməsinin hakimi olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir