Ərdoğan: “Suriyada etdiklərini Türkiyədə də etmək istəyirlər”

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardin mitinqində mühüm açıqlamalar verib.

O, bəzi qüvvələrin Suriyada etdiklərini Türkiyədə də etmək istədiklərini deyib. “Bazar günü keçiriləcək seçkilər çox önəmlidir. Bazar günü yanlışlığa yol verməyək. Yoxsa PKK-dan FETÖ-yə qədər hamısı əl-qolunu çırmalayaraq gözləyir. Suriyada etdiklərini bizə də etmək üçün günləri sayırlar. Allah eləməsin, bu ölkə büdrəsə, hamısı birdən üstünə gəlmək üçün fürsət gözləyir”, – deyə dövlət başçısı bildirib.

O, müxalifətə işarə edərək qeyd edib ki, terrorçularla ittifaqı olanların millətlə ittifaqı ola bilməz.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir