Türkiyə Super Liqasında legioner futbolçularla bağlı tətbiq edilən limit aradan qaldırılacaq.
Yeni mövsümdən klublar start heyətdə 11 əcnəbi futbolçu oynada biləcəklər.
Elita təmsilçiləri, həmçinin 14 legioner sifariş etməkdə sərbəst olacaqlar. Əlavə əcnəbilərin cəlbi üçün isə Türkiyə Futbol Federasiyasının (TFF) aşağı yaş komandalarının inkişafına yardım məqsədilə yaradacağı fonda ödəniş etmək lazım gələcək.
TFF-nin qərarı cümə günü açıqlayacağı bildirilir.
Qeyd edək ki, hazırda Super Liqada legionerlərlə bağlı 8+3 limiti tətbiq olunur.
Mənbə: Akşam
www.RESMIXEBER.az