“Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.
Sabitlik üçün güclü liderin lazım olduğunu bildirən dövlətimizin başçısı qeyd edib:
“Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir”.
www.RESMIXEBER.az