Ötən sutka 26 yanğına çıxış olub, iki nəfər xilas edilib – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 26 yanğına çıxış, bir halda köməksiz vəziyyətdə qalma və bir partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib. Həmçinin, Sabunçu rayonunda yerləşən yataqxana binasında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb, dağıntılar altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir