Balaca Baharın bütün bədəni yanıb: “Onun-bunun köhnələriylə övlad böyütmüşəm, əlləri qabar içindədir” – FOTO

Cəmiyyət


2013-cü il təvəllüdlü Bahar Eyvaz qızı Quliyeva ağır yanıq xəsarətləri alıb.

Bu barədə resmixeber.az-a onun anası Pərvanə Quliyeva məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Biz əslən Şuşadanıq. Şuşa 1992-ci ildə ermənilər tərəfindən işğal edilən zaman atamı və anamı güllələyib öldürdülər. Mən isə qohumlarımla birgə Beyləqana, sonra isə Bakıya gəldim. Bakıda sığınacaqda yaşadım. Daha sonra ailə qurdum. Əvvəllər Ələt yolunda fermada yaşayırdıq. Daha sonra o ferma bağlandı. Biz isə məcburiyyətdən Oğuza köçməli olduq. İndi də burada fermada yaşayırıq. 10 yaşlı övladım da bizimlə birgə bu əziyyəti çəkir. Onun necə əziyyət çəkdiyi bu yaşında əllərinin qabarlarından bilinir. Hadisə günü Bahar iribuynuzlu heyvanın bizim yatdığımız yerə girdiyini görəndə qaçıb çıxarmaq istəyib. Bu zaman ayağı stola ilişib. Stolun üzərində samovar olub. Samovar Baharın üzərinə aşıb. Bütün bədəni yanıb. Hazırda Bakıda xəstəxanaların birində ağır vəziyyətdədir qızım. Min bir əziyyətlə övlad böyütmüşəm. Paltar belə almağa pulumuz olmayıb. Rayonda qalanların köhnə paltarlarını geyindirmişəm. İndi isə heç dərmanları belə almağa pulumuz yoxdur. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Bizə bu çətin sınaqdan keçməyimiz üçün 5 min manat pul lazımdır”.

Əlaqə nömrəsi: 050 899 02 27 (anası Pərvanə Quliyeva)

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir