“Parlamentskaya Qazeta”: “Heydər Əliyev – problemləri görə bilən lider”

Dünya


Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Rusiyanın “Parlamentskaya Qazeta” nəşri Azərbaycan tarixində özünəməxsus iz qoyan ulu öndərlə bağlı məqalə dərc edib.

Qeyd edilir ki, Heydər Əliyev nəinki problemləri həll etmək bacarığına malik idi, həm də onları əvvəlcədən görə bilirdi.

Məqalədə Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, Sovet dönəmində rəhbər vəzifələri icra etməsindən bəhs edilir, vurğulanır ki, onun Azərbaycan SSR-də rəhbərliyi ölkə üçün çiçəklənmə dövrü olub.

Bildirilir ki, o vaxta qədər neft hasil edilsə də, respublikanın rəhbəri iqtisadi cəhətdən kənd təsərrüfatı sahəsinə yönəlmiş regionda sənayenin inkişafına təkan verə bildi.

Vurğulanır ki, müstəqil Azərbaycana rəhbərliyi dövründə, 1994-cü ildə H.Əliyev Qarabağ müharibəsini, Azərbaycanın daxilində sarsıntılara səbəb ola biləcək hər şeyi qətiyyətlə dayandırmaqla özünə olan etimadı doğrultdu. Ona görə də Heydər Əliyev postsovet Azərbaycanını parçalanmaqdan xilas edən siyasətçi hesab olunur.

“Onun Xəzər dənizindən neft-qaz çıxarılmasına böyük beynəlxalq sərmayələr cəlb edə bilməsi, 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın zəngin təbii sərvətlərini dünya bazarlarına çıxarması, Xəzər neftinin birbaşa Aralıq dənizi limanına çatdırılması üçün Avropanın ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi Azərbaycanın uzunmüddətli perspektivdə uğurlu inkişafı üçün zəmin yaradıb.

Heydər Əliyevin dövründə Azərbaycan beynəlxalq aləmdə sayılıb-seçilən, hörmət edilən bir ölkəyə çevrildi”, – deyə məqalədə qeyd olunur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir