Bütün NATO ölkələri Ukraynanın alyansa qoşulması ideyasını dəstəkləyir, lakin məsələ bunun nə vaxt baş verəcəyi ilə bağlıdır.
Bu sözləri çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Birincisi, bütün NATO müttəfiqləri Ukraynanın alyansa üzv olacağı ilə razılaşırlar. İkincisi, bütün müttəfiqlər razılaşır ki, Ukrayna öz yolunu seçmək hüququna malikdir, qərarı Moskva deyil, Kiyev verir. Üçüncüsü, bütün müttəfiqlər NATO-nun qapılarının açıq qalması ilə razılaşırlar. Məsələ bunun nə vaxt baş verəcəyidir, bunun nə vaxt olacağını sizə deyə bilmərəm”, – alyansın rəhbəri bildirib.
“Hazırda təxirəsalınmaz vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir, çünki Ukrayna qalib gəlməsə, o zaman heç bir müzakirə mövzusu olmayacaq”, – NATO-nun baş katibi əlavə edib.
Mənbə: TASS
www.RESMIXEBER.az