Nəsimi rayonu ərazisində bir qrup şəxsin bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və pulqabısını talaması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Xəzər Ələsgərov, Ağstafa rayon sakini Nicat Kərimov, Bərdə rayon sakini Vüqar İsmayılov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı və Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az