Azərbaycanın baş naziri SpaceX şirkətinin prezidenti ilə görüşüb

Siyasət


Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-nin “Space Exploration Technologies Corporation” (“SpaceX”) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanda “Starlink” internet xidmətlərinin göstərilməsi ilə bağlı “SpaceX” şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırılıb.

Bakı şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə “SpaceX” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir